Premyer Liqa klubu əsas hücumçusunu transferə çıxardı

17 İyul 2021 15:20 İngiltərə 523
Premyer Liqa klubu əsas hücumçusunu transferə çıxardı

"Mançester Siti" Rahim Sterlinqi transferə çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu qərar baş məşqçi Xosep Qvardiolanın istəyilə qəbul olunub.

Hücum xəttini yeniləmək niyyətində olan ispaniyalı mütəxəssis ingiltərəli forvardın satılmasına razılıq verib.

Rahim Sterlinq 2015-ci ildə 63,7 milyon avro qarşılığında "Liverpul"dan "Mançester Siti"yə keçib. Onun "şəhərlilər"lə 2 illik müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti