MY 40 milyon verir, “Real” 70 milyon istəyir

5 İyul 2021 21:40 İngiltərə 1 307
MY 40 milyon verir, “Real” 70 milyon istəyir

“Mançester Yunayted” “Real” müdafiəçisi Rafael Varanı transfer etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, ingilislər artıq ilk təkliflərini də ediblər.

Onlar müdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdırlar.

Amma məlumat verilir ki, “Real” bu təklifi qəbul etməyib. “Kral klubu” futbolçunun satışından 70 milyon avro qazanmağı planlaşdırır.

Varanın müqaviləsi gələn ilin yayında başa çatır. O, “Real”la müqaviləni uzatmaq niyyətində deyil. Ona görə də, klub rəhbərliyi 28 yaşlı futbolçunu bu il satmaqda maraqlıdırlar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM