“Mən belə komanda yaratmaq istəyirəm” - Geri dönən baş məşqçi

2 Sentyabr 23:40 II Divizion 112
“Mən belə komanda yaratmaq istəyirəm” - Geri dönən baş məşqçi

“Mənim əsas istəyim sürətli futbol oynayan və meydanda daim mübarizə aparan kollektiv yaratmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qaradağ-Lökbatan”ın baş məşqçisi Amit Quluzadə deyib.

O, 1 illik aradan sonra qəsəbə təmsilçisinin sükanı arxasına dönüb. Gənc mütəxəssis II Liqada mübarizə aparan komandada görməyi planlaşdırdığı işdən danışıb:

“Komandaya cəlb etdiyimiz futbolçuları məhz bu meyarlara uyğun seçmişik.

İstəyirik ki, azarkeşlər meydanda sona qədər mübarizə aparan, sürətli və baxımlı futbol nümayiş etdirən “Qaradağ Lökbatan” görsünlər”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM