“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Patrik Vieyra çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı fransız məşqçi ilə 3 illik müqavilə imzalanıb.
“Kristal Pelas” geridə qalan mövsümü Roy Hocsonun rəhbərliyi altında 14-cü pillədə başa vurub. Təcrübəli mütəxəssis mövsüm bitən kimi postundan ayrılmışdı.
Patrik Vieyra Fransa yığmasının heyətində dünya və Avropa çempionu olub, London “Arsenal”ı ilə 3 dəfə İngiltərə çempionu adını qazanıb.
O, futbolçu karyerası dönəmində “Arsenal”la yanaşı, “Milan”, “Yuventus”, “İnter”, “Mançester Siti” kimi klubların da formasını geyinib. Baş məşqçi kimi isə o, ABŞ-ın “Nyu York Siti”, Fransanın “Nitsa” klublarına rəhbərlik edib.

