Millinin heyətində dəyişiklik edildi – Bu problemə görə

16 İyun 10:20 İngiltərə 137
Millinin heyətində dəyişiklik edildi – Bu problemə görə

İngiltərə millisinin Avro-2020 üçün heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yığmanın qapıçısı Din Henderson (“Mançester Yunayted”) bud əzələsində yaranan problemə görə məşqlərdə iştirak edə bilməyib və heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə isə komandaya Aron Remsdeyl (“Şeffild Yunayted”) cəlb olunub.

İngiltərə Avro-2020-nin qrup mərhələsinin ilk turunda Xorvatiyaya 1:0 hesabı ilə qalib gəlib. Yığma növbəti görüşünü iyunun 18-də Şotlandiyaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"