Azərbaycan millisinin 2024-cü ildə ən yaxşı bombardiri Toral Bayramov olub.
Sportinfo.az xəbər verir ki, bu il 10 oyuna çıxan futbolçu 3 qola imza atıb.
O, yığmanın tarixində bir təqvim ilində 3 və ya daha çox qola imza atan 15-ci futbolçudur. Torala qədər 14 oyunçu bunu bacarıb.
Onlardan ikisi – Qurban Qurbanovla Emin Mahmudov bunu hərəyə iki dəfə bacarıblar. Bir sözlə, tarixdə 17-ci dəfə bir futbolçu ən azı 3 qol vurmağı bacarıb.
İl ərzində 2-dən artıq qol vuran ilk oyunçu Zaur Tağızadə olub. O, buna 1999-cu ildə imza atıb.
|
Zaur Tağızadə |
1999 |
3 |
|
Qurban Qurbanov |
2003 |
3 |
|
Emin Quliyev |
2004 |
3 |
|
Qurban Qurbanov |
2004 |
3 |
|
Branimir Subaşiç |
2007 |
4 |
|
Samir Əliyev |
2007 |
3 |
|
Vaqif Cavadov |
2009 |
4 |
|
Elvin Məmmədov |
2010 |
4 |
|
Rauf Əliyev |
2011 |
3 |
|
Rüfət Dadaşov |
2013 |
4 |
|
Dmitri Nazarov |
2015 |
3 |
|
Əfran İsmayılov |
2017 |
3 |
|
Riçard Almeyda |
2018 |
3 |
|
Ramil Şeydayev |
2019 |
3 |
|
Emin Mahmudov |
2021 |
7 |
|
Emin Mahmudov |
2023 |
4 |
|
Toral Bayramov |
2024 |
3 |

