Avstraliya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, D qrupunun son turunda Avstraliya və Paraqvay yığmaları ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində keçirilən oyunda qolsuz heç-heçə ediblər.
Paraqvay 4 xal toplasa da, ən yaxşı üçüncü yerlər sırasına düşəcəyinə dair hələ zəmanət əldə etməyib. Türkiyə isə 3 xalla qrupda sonuncu olub.
1/16 finalda ABŞ Bosniya və Herseqovina ilə qarşılaşacaq. Avstraliyanın rəqibi isə Misir, İran, Belçika və Yeni Zelandiyanın yer aldığı G qrupunun ikincisi olacaq.
Avstraliya millisi tarixində üçüncü dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Komanda bundan əvvəl 2006 və 2022-ci illərdə 1/8 final mərhələsində mübarizəni dayandırmışdı.

