“Üç həftədir Bakıdayam, özümü buralı kimi hiss edirəm”

26 İyun 05:20 Digər növlər 408
“Üç həftədir Bakıdayam, özümü buralı kimi hiss edirəm”

“Artıq 3 həftədir Bakıdayam. Özümü buralı kimi hiss edirəm.

Çoxlu tarixi yerlər var. Demək olar, hər yeri gəzmişəm. Əlverişli olduğundan hazırlıq üçün buranı seçmişik”.

Sportinfo.az xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı Asu Almabayev mətbuat konfransında deyib.

Qazaxıstanlı döyüşçü rəqibi amerikalı Çarlz Consona qarşı hazırlıqdan söz açıb:

“Yaxşı hazırlıq keçmişik. Özüm barədə deyə bilərəm ki, universal döyüşçüyəm.

Bunu siz də döyüşdə görəcəksiniz. Xüsusi sürpriz görünməyəcək.

Əsas bu olacaq ki, qələbə parlaq olsun. Döyüş günü görəcəyik kim yaxşı hazırlaşıb”.

“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM