Türkiyə son anda vurduğu qolla ABŞ-yə qalib gəldi - DÇ-2026

26 İyun 08:20 Dünya çempionatı 671
Türkiyə son anda vurduğu qolla ABŞ-yə qalib gəldi - DÇ-2026

Dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Güler (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər.

Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq.

Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti