“Liverpul” - “Mançester Yunayted” duelində sülh – Premyer Liqada XIX tur

18 Yanvar 01:24 İngiltərə 285
“Liverpul” - “Mançester Yunayted” duelində sülh – Premyer Liqada XIX tur

İngiltərə Premyer Liqasında XIX turun mübarizəsi davam edir.

Sportinfo.az xəbər verir ki, “Aston Villa” – “Everton” qarşılaşması kütləvi koronavirusa yoluxma aşkarlanan birincilərin tələbi ilə təxirə salınıb.

Autsayder “Şeffild Yunayted”in qonağı olan “Tottenhem” 3 xalı 3 qolla aktivinə yazdırıb.

Mərkəzi oyunda əzəli rəqiblər “Liverpul”la “Mançester Yunayted” üz-üzə gəlib. Çempionluq uğrunda mübarizədə rəqib olan komandaların “Enfild Roud”dakı dueli qapıçıların möhtəşəm qurtarışları sayəsində qolsuz bərabərliklə tamamlanıb.

Bununla “Liverpul” Premyer Liqada ardıcıl 4-cü matçda qələbə qazana bilməyibsə, “Mançester Yunayted” uğurlu seriyasını davam etdirib - 9 qələbə, 3 heç-heçə.

Son vaxtlar qələbələri sıralayan “Mançester Siti” isə “Kristal Pelas”ı sınağa çəkib. Uğurlu çıxışını davam etdirən “şəhərlilər” ardıcıl 8-ci qələbəsini qazanmaqla yanaşı, məğlubiyyətsizlik seriyasını 15 matça (12 qələbə, 3 heç-heçə) yüksəldib. Ehtiyatında bir oyun olan Pep Qvardiolanın yetirmələri həm də potensial liderdir.

17 yanvar
“Şeffild Yunayted” – “Tottenhem” – 1:3

Makqoldrik, 59 – Orye, 5, Keyn, 40, Ndombele, 62
“Liverpul” – “Mançester Yunayted” – 0:0
“Mançester Siti” – “Kristal Pelas” – 4:0

Con Stons, 26, 68, İlkay Gündoğan, 56, Sterlinq, 88

1

Mançester Yunayted

18

11

4

3

34-24

37

2

Mançester Siti

17

10

5

2

29-13

35

3

Lester

18

11

2

5

33-21

35

4

Liverpul

18

9

7

2

37-21

34

5

Tottenhem

18

9

6

3

33-17

33

6

Everton

17

10

2

5

28-21

32

7

Çelsi

18

8

5

5

33-21

29

8

Sauthempton

18

8

5

5

26-21

29

9

Vest Hem

18

8

5

5

25-21

29

10

Aston Villa

15

8

2

5

29-16

26

11

Arsenal

18

7

3

8

20-19

24

12

Lids

18

7

2

9

30-34

23

13

Kristal Pelas

19

6

5

8

22-33

23

14

Vulverhempton

19

6

4

9

21-29

22

15

Nyukasl

17

5

4

8

18-27

19

16

Brayton

19

3

8

8

22-29

17

17

Bernli

17

4

4

9

9-22

16

18

Fulhem

17

2

6

9

14-25

12

19

Vest Bromviç

18

2

5

11

14-41

11

20

Şeffild Yunayted

19

1

2

16

10-32

5

Digər Xəbərlər
Xəbər Lenti