Ermənistanda daha bir yüksək rütbəli hərbçini...

26 Oktyabr 2020 17:45 Hadisə 295
Ermənistanda daha bir yüksək rütbəli hərbçini...

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişikliyə davam edir.

Sportinfo.az “aysor.am” portalına istinadən xəbər verir ki, bu dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Vaginak Sarkisyan vəzifəsindən azad edilib.

Bu barədə müvafiq fərman Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.

Prezidentin digər bir sərəncamı ilə bu posta Arman Maralçyan təyin olunub. V. Sarkisyan bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti