Rusiyalı futbolçu Bakıda telefonçunun həyatını necə xilas edib?

17 Oktyabr 2020 14:36 Hadisə 1 264
Rusiyalı futbolçu Bakıda telefonçunun həyatını necə xilas edib?

"Zenit"in sabiq futbolçusu Pavel Sadırin 1968-ci ildə Bakıda faciəvi hadisənin yaşanmasının qarşısını alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin dərc etdiyi məqalədə bildirilib.

Qeyd olunub ki, Sankt-Peterburq təmsilçisinin heyətində "Neftçi" ilə oyun üçün Azərbaycan paytaxtına gəlmiş veteran futbolçu komanda yoldaşları - Lev Belkin və Vasili Danilovla birlikdə telefonçunu su basmış otelin zirzəmisindən xilas edib:

"Həmin gün şəhərdə güclü yağış yağırdı. Bu, təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Sadırin otelə qayıdarkən həmin şəxsin kömək üçün fəryadını eşidib və onu zirzəmidən çıxarıb".

Pavel Sadırin 2001-ci ildə, 59 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi