Üç övladını Xocalıda öz əlləri ilə basdıran ana onların məzarları başında - VİDEO

27 Fevral 2024 08:10 Hadisə 577
Üç övladını Xocalıda öz əlləri ilə basdıran ana onların məzarları başında - VİDEO

Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir.

Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.

S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.

İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib:

“Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim.

Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!