“Qarabağ” da 5000 manat verəcək, “Sabah” da

13:20 Hadisə 114
“Qarabağ” da 5000 manat verəcək, “Sabah” da

AFFA “Qarabağ” və “Sabah”ı azarkeşlərə görə 5000 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXVIII turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Sabah” matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub.

Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən “Qarabağ” və “Sabah”ın hər biri 5000 manat cərimə olunub.

Həmçinin “Sabah”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat ziyana düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti