“Qalatasaray”ın prezidenti Azərbaycan xalq mahnısını oxudu - VİDEO

20 Dekabr 2024 09:00 Hadisə 794
“Qalatasaray”ın prezidenti Azərbaycan xalq mahnısını oxudu - VİDEO

“Qalatasaray”ın prezidenti Dursun Özbək incəsənətə marağını unikal bir formada nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i ifa edib.

Hadisə xüsusi bir tədbir zamanı baş verib və Özbəyin ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Klub prezidentinin musiqi qabiliyyəti və mahnının seçimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ərzurumda gənclərlə görüşündə müğənni Ferhat Göçerin “Sarı Gəlin”i ifası zamanı onu müşayiət edib.

Sözügedən görüntünü təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!