UEFA "Qarabağ"ın yolunu gözlədiyi rumınları cərimələdi

19 Dekabr 2024 14:20 Hadisə 705
UEFA "Qarabağ"ın yolunu gözlədiyi rumınları cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən FKSB-ni 22000 avro cərimələyib.

bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi "Olimpiakos"la matçda (0:0) yaşananlara görə ziyana düşüb.

FKSB "komandanın düzgün olmayan davranışı"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, "ictimai keçidlərin bağlanması" ucbatından 12000 avro ödəyəcək.

Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!