Qaçaqmalçılıqda ittiham olundu, sorğu-sual edildi - VİDEO+FOTO

17 Dekabr 2024 14:20 Hadisə 619
Qaçaqmalçılıqda ittiham olundu, sorğu-sual edildi - VİDEO+FOTO

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

sehriyar-qacaqmalciliqda-ittiham-olunaraq-sorgu-sual-edilib

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!