Messinin Bakıda uşaqlarla görüşündən MARAQLI ANLAR - VİDEO

17 Dekabr 2024 13:20 Hadisə 523
Messinin Bakıda uşaqlarla görüşündən MARAQLI ANLAR - VİDEO

Baku TV dünya futbolunun canlı əfsanəsi Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın iştirakı ilə Bakı Kristal Zalında təşkil olunan xeyriyyə tədbiri barədə süjet hazırlayıb.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçuların səhnəyə çıxışı Bakıdakı uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhid övladları tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

"Neftçi"nin kapitanı, Azərbaycan millisinin əsas qapıçısı Rza Cəfərov da səhnəyə dəvət olunub. Gənc qolkiperin səhnəyə çıxışı da alqışlarla müşayiət olunub.

Tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!