Vətən müharibəsi qazisi Çaykənddəki qəzada vəfat etdi - FOTOLAR

17 Dekabr 2024 07:10 Hadisə 655
Vətən müharibəsi qazisi Çaykənddəki qəzada vəfat etdi - FOTOLAR

Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub.

Hadisə Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib.

H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və “Vətən uğrunda”, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuşdu.

Onu da əlavə edək ki, H.Hacıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görüşdüyü qazilərdən biri idi.


Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı