PFL və “YAŞAT” yenə şəhid övladlarının ürəyini xoş etdi - FOTOLAR

17 Dekabr 2024 02:00 Hadisə 652
PFL və “YAŞAT” yenə şəhid övladlarının ürəyini xoş etdi - FOTOLAR

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 nəfər şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.

Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb.

Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.

Sonda Peşəkar Futbol Liqası və “AL Market” mağazalar şəbəkəsi tərəfindən şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.















Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı