Tanınmış azərbaycanlı futbol adamı ölümdən döndü - FOTO

16 Dekabr 2024 14:00 Hadisə 1 596
Tanınmış azərbaycanlı futbol adamı ölümdən döndü - FOTO

Bu ilin fevralında insult keçirən Vadim Vasilyevin səhhətində yenidən ciddi problem yaranıb.

O, növbəti dəfə ölümdən dönüb.

Hadisə «ASK Arena»da baş verib.

Bilindiyi kimi, o, «Şəfa»dan gələn təklifi qəbul edib. Millinin sabiq hücumçusu II Liqa klubu ilə rəsmi müqavilə imzalayıb.

Nadir Əliyevin başçılıq etdiyi məşqçilər korpusuna daxil olan 52 yaşlı veteran futbolçu 1000 manatdan bir qədər aşağı maaş alacaq.

«Şəfa» rəhbərliyi 1999-2003-cü illərdə Azərbaycan yığmasında forma geyinmiş və 33 oyunda 2 qol vuran Vasilyevə əslində jest edib.

Alkoqolizmdən əziyyət çəkən Vadimə maddi dəstək vermək niyyəti ilə kluba dəvət olunub. Ona seleksiya işini aparmaq tapşırılıb.

Sərbəst qrafiklə çalışan Vasilyevin missiyası istedadlı yeniyetmə və gəncləri bura cəlb etməkdir.

Hadisə də komandanın düşərgəsində olarkən yaşanıb. Anidən özünü pis hiss edən mütəxəssis yerə yıxılıb.

O, «sudurqa» keçirib. «Şəfa»nın futbolçuları onun dilinin qatlanmasına imkan verməyib və ayıldıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!