Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən ANAMA əməkdaşı vəfat etdi

16 Dekabr 2024 07:10 Hadisə 590
Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən ANAMA əməkdaşı vəfat etdi

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

M.Qasımov xəstəxanada dünyasını dəyişib.

Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.

R.Bəylərzadənin vəziyyəti ağır qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı