COP29

Qurban Qurbanov özünə yeni məşğuliyyət tapdı - MARAQLI VİDEO

24 İyun 16:40 Hadisə 3 809
Qurban Qurbanov özünə yeni məşğuliyyət tapdı - MARAQLI VİDEO

Qurban Qurbanovun futboldan sonra ən sevimli idman növü bəlli olub.

«Qarabağ»ın baş məşqçisi boş vaxtlarında stolüstü tennis oynayırmış.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda təcrübəli mütəxəssisin bacısıoğlu Tural İsgəndərovla tennis oynadığı əksini tapıb.

Buradan bəlli olur ki, əlinə balaca raketka götürən Qurbanov yeni məşğuliyyətinə necə həvəslə yanaşır.

Maraq üçün onu da deyək ki, onun sparrinqi olan Tural keçmiş futbolçudur. O, «Neftçi»nin yetirməsidir.

Futbolun sirlərini paytaxt klubunda başlasa da, karyerasını «Qarabağ»da tamamlayıb. Keçmiş hücumçu aşağı yaş qrupları üzrə yığmaların, həmçinin U-21-in formasını geyinib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti