Azərbaycan millisinin sabiq üzvü həbs olundu – İnterpol axtarırdı

27 Fevral 2024 22:40 Hadisə 1 990
Azərbaycan millisinin sabiq üzvü həbs olundu – İnterpol axtarırdı

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.

O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.

Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb. İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar. Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir.

Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb. Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb.

Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.

azerbaycan-yigmasinin-sabiq-uzvu-moskvada-hebs-edildi

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi