COP29

Füzulidə yenə mina partladı - Xəsarət alan var

8 Dekabr 2023 08:10 Hadisə 352
Füzulidə yenə mina partladı - Xəsarət alan var

Füzuli rayonunda traktor minaya düşüb.

oradiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub.

Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"