COP29

"Xəzər Lənkəran"ın ən populyar hücumçusu və həyat yoldaşı döyüldü - ANBAAN VİDEO

7 Dekabr 2023 09:20 Hadisə 1 394
"Xəzər Lənkəran"ın ən populyar hücumçusu və həyat yoldaşı döyüldü - ANBAAN VİDEO

Türkiyə millisinin və "Xəzər Lənkəran"ın sabiq hücumçusu Oktay Derelioğlu və həyat yoldaşı Başak Derelioğlu Kadıköydə qorxulu anlar yaşayıb.

Sportinfo.az xəbər verir ki, cütlük İstanbulun Kadıköy ərazisində hücuma məruz qalıb.

Onlar iki nəfər tərəfindən döyülüb. Ölümcül döyülən Derelioğlunun qolu çıxıb və dərhal xəstəxanaya aparılaraq əməliyyat olunub.

Hadisəylə bağlı açıqlama verən Oktay Derelioğlu "Həyat yoldaşımla hətəkətdə olarkən yol verdiyimiz avtomobil qarşımızı kəsdi. İki nəfər maşından düşüb bizə hücum etdi. Hər şey ola bilərdi, başımı yerə vurub ölə bilərdim. Bunu edənlər ən ağır cəzanı almalıdır" – deyə, bildirib.

Sabiq milli futbolçu və həyat yoldaşına hücum edən şəxslər saxlanılıb.

Oktay 2004-2006-cı illərdə ölkəmizdə çıxış edib. Onun cənub klubunda illik qazancının 1 milyon dollar olması barədə dövrü mediada çoxlu xəbərlər çıxıb.

Görüntüləri təqdim edirik:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"