Bakıda varlı ailənin model qızının "hə"sini alan futbolçu – VİDEO+FOTOLAR

24 May 2023 14:40 Hadisə 14 730
Bakıda varlı ailənin model qızının "hə"sini alan futbolçu – VİDEO+FOTOLAR

"Kəpəz"in futbolçusu Mate Kvirkvya ailə həyatı yolunda ilk addımı atıb.

Gürcüstanlı yarımmüdafiəçi sevgilisi Mariam Akobadzeyə Bakıda evlilik təklifi edib.

26 yaşlı legioner həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. İzdivac Dağüstü parkda baş tutub.

Mate onun üçün sürpriz hazırlayıb. Oyunçu paylaşımına "O, "hə" dedi" qısa şərhini yazıb.

Kvirkviya mövsümün əvvəlində "Kəpəz"ə keçib. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Cütlük yeni tanış olmayıb. Uzun müddətdir bir yerdədirlər. Tbilisidən başlayan münasibətlər Mate Bakıya gələndən sonra da inkişaf edib.

Tez-tez yolunu paytaxtımızdan salan Mariam ölkəsində model kimi tanınır. İmkanlı ailənin qızıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti