Azərbaycanda DÇ oyunlarını xanımlar şərh edəcək - İlk dəfə!

25 İyun 23:20 Hadisə 583
Azərbaycanda DÇ oyunlarını xanımlar şərh edəcək - İlk dəfə!

Dünya çempionatı oyunlarının şərhinə xanımlar da cəlb olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “CBC Sport” məlumat yayıb.

Bildirilib ki, kanalın əməkdaşları Səmra Əliyeva və Aida Əliyeva turnirin müxtəlif matçlarında şərhçi kimi mundialda debüt edəcəklər.

“Səmra Əliyeva Kürasao – Kot-d’İvuar, Aida Əliyeva isə Panama – İngiltərə oyununu şərh edəcək.

Hər iki qarşılaşmada onlara müvafiq olaraq Süleyman Vəliyev və Ramiz Mirzəzadə də şərhçi kimi qoşulacaq”, - deyə məlumatda qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM