"O, komada idi, həkimlər heç nə edə bilməyəcəyini deyib, aparatı söndürdü"

19 Mart 2023 15:40 Hadisə 337
"O, komada idi, həkimlər heç nə edə bilməyəcəyini deyib, aparatı söndürdü"

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançının komandası məlumat verib:

“Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi.

Dünən gecə həkimlər heç nə edə bilməyəcəklərini deyib aparatı söndürdülər. Özündən sonra dörd övladı qaldı”.

Saidov Tacikistandandır, 29 yaşı var idi. O, MMA-da iki qələbə qazanıb və heç bir döyüşdə məğlub olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!