Premyer Liqanın yeni iştirakçısı xorvatiyalı qapıçını transfer etdi

5 Oktyabr 2022 12:40 Hadisə 835
Premyer Liqanın yeni iştirakçısı xorvatiyalı qapıçını transfer etdi

"Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı Mario Mustapiçi heyətinə qatıb.

Əyalət təmsilçisi rəsmi feysbuk hesabında yeni transferlə bağlı paylaşım da edib. Oyunçunun adı açıqlanmasa da, onun xorvatiyalı olduğu xəritə vasitəsi ilə göstərilib.

Azad agent olan Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.

"Kəpəz" Azərbaycan Premyer Liqasında 8 oyundan sonra 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu