Azərbaycanlı məşqçi “Qalatasaray”ın düşərgəsində - FOTO

29 Sentyabr 2022 16:00 Hadisə 1 111
Azərbaycanlı məşqçi “Qalatasaray”ın düşərgəsində - FOTO

“Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev Türkiyədə səfərdədir.

Uğursuz nəticələrə görə mayda Bayıl klubundan uzaqlaşdırılan 42 yaşlı çalışdırıcı hazırda “Qalatasaray”ın düşərgəsindədir.

Son ügnlərə kimi adı “Kəpəz” və “Sumqayıt”la yanaşı hallanan, lakin heç biri ilə anlaşa bilməyən Hacıyev İstanbulda “cim-bom”un baş məşqçisi Okan Burukla görüşüb.

Hacıyev həmkərına üzərində onun adı yazılmış “7” nömrəli formanı hədiyyə edib.

O, bir həftə burada qalacaq və əsas komandanın məşq prosesini izləyərək təcrübə keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!