Qurban Qurbanov bu əraziyə baş çəkdi, nöqsanları gördü... FOTOLAR

16 Avqust 2022 20:00 Hadisə 3 489
Qurban Qurbanov bu əraziyə baş çəkdi, nöqsanları gördü... FOTOLAR

Qurban Qurbanov “Viktoriya” ilə oyunöncəsi mətbuat konfransında iştirak edəndən sonra birbaşa avtomobilinə yox, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun meydanını yoxlamağa yollandı.

Qurbanov ənənəsinə sadiq qalıb meydanı dövrə vurur, qazondakı nöqsanlarla bağlı iradlarını stadion işçilərinin diqqətinə çatdırırdı.

Bəzi hallarda isə ayağı ilə otun qopan hissələrini yerinə bərkidirdi.

Qazonun vəziyyətini avqust ayına və dəhşətli istilərə əsasən qənaətbəxş adlandırmaq olar.

Düzdür, müəyyən yerlərdə saralmalar müşahidə olunur ki, həmin yerlər yaşıl rənglə boyanaraq səliqəyə salınıb. Lakin yaxından baxanda boyanı görmək mümkündür.

Əsas problem qapıların qarşısı ilə bağlıdır. Əməkdaşlar qumun üstünü nə qədər örtməyə çalışsalar da, həmin hissə butsların altında tapdandıqca nöqsan dərhal üzə çıxır.

Lakin əvvəlki illərə baxanda “buna da şükür” deyə bilərik.

Avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Bu matçdan əvvəl Çempionlar Liqasının himni səsləndiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti