Mahir Emreliyə bu şansı yaratmadılar ki… VİDEO

11 Avqust 2022 02:30 Hadisə 770
Mahir Emreliyə bu şansı yaratmadılar ki… VİDEO

Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə cavab oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən "Dinamo" pley-offa adlayıb. Zaqreblilər növbəti mərhələdə “Budyo Qlimt”lə (Norveç) üz-üzə gələcək.

Mahir Emreli isə meydana çıxmayıb. O, sona kimi ehtiyatda qalıb.

"Dinamo" - "Ludoqorets" 4:2

QOLLAR: Drmiç, 12, Orşiç, 27 (pen), 44, Petkoviç, 87 - Despodov, 45+4, 49 (pen)

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM