“Bu qərar həm bizim, həm də onlar üçün yaxşı xəbər olmadı”

5 Avqust 2022 19:00 Hadisə 544
“Bu qərar həm bizim, həm də onlar üçün yaxşı xəbər olmadı”

“Doğma komandamda qaldığım üçün sevincliyəm.

İllərdir ki, “Kəpəz”də oynayıram. Klubumuz elitaya yüksəldiyi üçün ikiqat gözəl hisslər keçirirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”İn futbolçusu Əli Səmədov klubun rəsmi saytına açıqlamasında deyib.

Səmədov Azərbaycan Premyer Liqasına hazırlıqla bağlı fikirlərini də bölüşüb:

“Hər şey qaydasında olub. Təlim-məşq toplanışını Bakıda keçdik. Heyətimiz yenilənib. Uşaqlar yavaş-yavaş komandaya uyğunlaşırlar.

Təcrübəli və gənc futbolçularımız var, komandaya legionerlər də cəlb edilib. İlk gündən hamı istəklidir. “Kəpəz”də oynamaq başqadır və hamı bunun fərqindədir. Əlavə məsuliyyət tələb olunur”.

Futbolçu “Kəpəz”in Gəncədə oynaya bilməyəcəyinə də münasibət bildirib:

“Bu qərar həm bizim, həm də azarkeşlər üçün yaxşı xəbər olmadı. Edilən etirazlar da başadüşüləndir. Fanatlar biz futbolçulara da müraciət edirlər.

Biz də istəyirik ki, Gəncədə, futbolsevərlərimizin önündə oynayaq. Çünki doğma meydan və azarkeş amili bizə əlavə güc verir.

Ümid edirəm ki, bunun bir yolu tapılar və tezliklə Gəncədə oynayarıq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda