Rus ordusunda “zəlzələ”: İki general qovuldu, o isə...

19 May 2022 16:30 Hadisə 941
Rus ordusunda “zəlzələ”: İki general qovuldu, o isə...

Rusiya son həftələrdə Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək vəzifəli hərbçiləri işdən çıxarır.

Bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın elit I Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Bundan başqa, “Moskva” kreyserinin batmasından sonra Rusiyanın Qara dəniz donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da fəaliyyətinin dayandırıldığı bildirilib.

“Çox güman ki, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalacaq. Amma onun Prezident Putinin etimadını nə qədər qoruyub-saxlayacağı bəlli deyil”, - məlumatda deyilib.

Rusiya rəhbərliyinin bu addımının rus ordusunun döyüş meydanındakı üstünlüyü bərpa etməsini çətinləşdirəcəyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat