"Bursaspor"un prezidenti “Namiq Ələskərovla müqaviləyə xitam verəcəyik”

16 May 2022 16:20 Hadisə 716
"Bursaspor"un prezidenti “Namiq Ələskərovla müqaviləyə xitam verəcəyik”

"Bursaspor" Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovla müqaviləyə xitam verəcək.

bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

Funksioner bildirib ki, komandadakı legionerlə ən sərfəli şəkildə vidalaşacaqlar:

"Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Namiq Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada