Mahir Emreli bir neçə gün əvvəl sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Zaqreb "Dinamo"sunda çıxış edən hücumçu "instagram"dakı izləyicilərini ayağa qaldırıb.
Belə ki, 25 yaşlı hücumçu "instagram"dakı "hekayə" bölməsində gənc xanımla şəklini paylaşaraq, altına "ürək" işarəsi atıb.
Xanımın Mahirin sevgilisi olmasına dair izləyicilərində fikir formalaşıb.
Onlardan bəziləri "Dinamo"nun üzvünün şouya meyilli olmasını nəzərə alaraq, yaxını və ya qohumu ilə çəkdirdiyi fotoyla diqqətləri üzərinə çəkmək ehtimalını da istisna eləmir.
Amma yox… belə deyil. Emrelinin yaxınlarının redaksiyamıza verdiyi məlumata görə, o, subaylığın daşını atmağa hazırlaşır.
Millinin forvardı yayda toy etməyi planlaşdırıb. Məhz sosial şəbəkədə fotosunu paylaşdığı xanımla.
SPORTİNFO.AZ


