Əməkdar artist Almaz Orucova özü ilə bağlı etiraf edib.
Sportinfo.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Günə bax" verilişində danışıb.
O bildirib ki, futbol azarkeşidir:
"Futbolda çox böyük enerji var. O da sevdiyin komanda ola.
Elə olub ki, səhərə qədər yatmırdım. Ən çox da "Barselona" - "Real Madrid" oyunlarına baxırdım.
Orada olan Messi və Ronaldoya baxırdım. İndi onlar yoxdur. Hansısa simaya görə futbola baxmaq düzgün deyil.
O vaxtlar daha çox enerji alırdım. Sonuncu oyuna da baxdım, "Barselona" uduzdu. Alman futbolunu da çox sevirdim".

