Millinin yerli namizədlərdən birinə tapşıracağı gözlənilir

28 Yanvar 2022 01:40 Hadisə 472
Millinin yerli namizədlərdən birinə tapşıracağı gözlənilir

"Cenoa"dan istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi ola bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Tsıqanık özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 46 yaşlı mütəxəssis Genuya təmsilçisi ilə müqavilənin ləğvi barədə razılığa gələ bilməyib.

Bu səbəbdən də onun yığmanın sükanı arxasına təyinatı baş tutmayıb. Polşa Futbol İttifaqının millini yerli namizədlərdən birinə tapşıracağı gözlənilir.

Andrey Şevçenko "Cenoa"dakı işindən kənarlaşdırılsa da, sözləşməsi qüvvədə qalır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!