12 yaşlı qıza təcavüz edən idmançının adını buradan sildilər - FOTO

23 Yanvar 18:40 Hadisə 390
12 yaşlı qıza təcavüz edən idmançının adını buradan sildilər - FOTO

Təcavüz etirafı edən amerikalı xokkeyçi Rid Buşerin ilk klubu olan Kanadanın “Sarnia Stinq”i onun adını komandanın tarixindən silib.

Ontarionun Hokkey Liqasının klubu bəyanat yayıb ki, komanda Buşerin belə bir cinayətdə əli olmasından xəbərsiz olub.

Sportinfo.az xəbər verir ki, “Sarnia Stinq” Buşeri klubun rekordçuları siyahısından çıxarıb.

Oyunçu 2012/2013 mövsümündə 62 şayba vuraraq rekorda imza atıb. Bu nailiyyətin üstündən xətt çəkilib. Onun yerini Stiven Stamkos tutub.

2021-ci ilin dekabrın 13-də Buşer məhkəmə ilə razılığa gəldikdən sonra 17 yaşında olarkən 12 yaşlı qızı zorladığını etiraf edib. Bundan əvvəl birinci dərəcəli seksual xarakterli cinayət törətməkdə ittiham olunan Buşeri 25 ilə qədər həbs cəzası gözləyirdi.

Buşer Milli Xokkey Liqasındakı çıxışları ilə tanınır. Amerikalı hokkeyçi “Nyu Cersi Devils”, Neşvilll Predators” və “Vankuver Cenaks” komandalarında oynayıb.

O, Omskun (Rusiya) “Avanqard”ının tərkibində “Qaqarin” Kubokunu qazanan ilk ABŞ xokkeyçisi olub.

Kanadanın “Sarnia Stinq”i Buşenin karyerasında ilk klub idi.

Digər Xəbərlər
Xəbər Lenti