Boykot edəcəklər - “Fanat pasportu”na KƏSKİN ETİRAZ

22 Yanvar 2022 15:40 Hadisə 534
Boykot edəcəklər - “Fanat pasportu”na KƏSKİN ETİRAZ

Moskva “Spartak”ının aparıcı fan-qruplarının görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə Dövlət Dumasının qəbul etdiyi yeni qanun müzakirə olunub.

Fanat qrupları qərara alıblar ki, bu qanunun qəbuluna etiraz əlaməti olaraq “Spartak”ın oyunlarını boykot etsinlər. Qadağanı pozan azarkeşlər fan-qruplardan xaric olunacaqlar.

Dekabrın 17-də Rusiya Federasiyasının Dövlət Duması azarkeşlər üçün Fan ID-nin tətbiqi haqqında qanun qəbul edib.

Qanun 1 iyun 2022-ci il tarixindən qüvvəyə minir. Ehtimal olunur ki, pasportlar Dövlət Xidmətlərinin portalları vasitəsilə veriləcək.

Bu pasportlarda hər bir fanatın idman tədbirlərində davranışları əks olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti