Şagirdlərə Azərbaycan yığmasında qazandığı medal və kəmərləri göstərdi - FOTOLAR

15 Yanvar 2022 02:30 Hadisə 479
Şagirdlərə Azərbaycan yığmasında qazandığı medal və kəmərləri göstərdi - FOTOLAR

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Ukraynanın Lvov şəhərindəki liseylərdən birinin üçüncü sinif şagirdləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, ikiqat dünya çempionu məktəblilərlə şəxsi uğurunun sirlərini və iştirak etdiyi son 4 Yay Olimpiya Oyunlarının təəssüratlarını bölüşüb. O, çıxışında həyatda inadkar olmağın vacibliyini vurğulayıb.

Görüş zamanı şagirdlər Stadnikin olimpiya medallarını və dünya çempionluğu kəmərini baxışdan keçiriblər. Həmçinin titullu güləşçi məktəblilərə sadə fəndləri praktik qaydada göstərib.

Əslən Lvov şəhərindən olan Mariya Stadnik Azərbaycan yığmasında 2017-ci ildən çıxış edir.

O, 2009 və 2019-cu il dünya çempionatlarında, Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarında, 2008 - 2009, 2011, 2014, 2016 - 2018 və 2021-ci il Avropa çempionatlarında qızıl, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş, Pekin-2008 və Tokio-2020-də isə bürünc medal qazanıb.

Stadnik yanvarın 11-də verdiyi açıqlamada 2024-cü il Paris Yay Olimpiya Oyunlarında da çıxış etmək istədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular