3 il Azərbaycanda işləmiş məşqçini qovdular!

24 İyul 2021 00:28 Hadisə 1 221
3 il Azərbaycanda işləmiş məşqçini qovdular!

Belarusun “Şaxtyor” klubunda baş məşqçi Roman Qriqorçuk vəzifəsindən azad edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Soliqroski təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qriqorçukun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Şaxtyor” Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda Lüksemburqun “Fola” komandasına uduzub – 1:2. Bu məğlubiyyət ukraynalı mütəxəssislə yolların ayrılmasına səbəb olub.

Qriqorçuk ötən ilin yayından “Şaxtyor”u çalışdırırdı. O, 2015-2018-ci illər aralığında “Qəbələ”də baş məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"