Mahir Emrelinin yeni klubu sabiq “Qalatasaray”lı ilə gücləndi

23 İyun 2021 00:28 Hadisə 1 957
Mahir Emrelinin yeni klubu sabiq “Qalatasaray”lı ilə gücləndi

Mahir Emrelinin çıxış etdiyi “Legiya” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Sportinffo.az xəbər verir ki, Varşava təmsilçisi müdafiəçi Mattias Yohansson və yarımmüdafiəçi Jozueni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçularla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mattiasın son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Jozue isə İsrailin “Hapoel” (Beer-Şava) klubunda çıxış edib.

Jozue karyerası ərzində Portuqaliyada “Portu”, Türkiyədə “Bursaspor”, “Qalatasaray”, “Osmanlıspor”, “Akhisarspor” kimi klublarda forma geyinib. Yarımmüdafiəçi Portuqaliya yığmasında 4 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da