Messi: "Milli heç vaxt məndən asılı olmayıb, щeç düşünməzdim ki…"

14 İyun 2021 18:40 Hadisə 877
Messi: "Milli heç vaxt məndən asılı olmayıb, щeç düşünməzdim ki…"

Sportinfo.az xəbər verir ki, Argetina millisinin hücumçusu Lionel Messi yığmada vahid və güclü komanda qurmağın vacibliyindən danışıb.

33 yaşlı futbolçu bildirib ki, milli komanda heç vaxt ondan asılı olmayıb: "

Həmişə güclü, birləşmiş komanda yaratmağa çalışırıq. Həqiqətən güclü bir komanda deyiliksə, qələbələr qazanmaq və hədəflərimizə çatmaq çətin olacaq.

Düşünürəm ki, indi tam olaraq komanda şəklində yaxşıyıq. Futbolçuların əksəriyyəti uzun müddətdir birlikdə işləyirlər.

Artıq Amerika kubokunda oynamışıq, buna görə oyun təcrübəmizə sahibik. Hələ məşq edirik və düşünürəm ki, düzgün yoldayıq",

Messi deyib ki, Argentina millisi ilə baş verən hər şey onun üçün hər zaman xüsusi olur: "İstər yoldaşlıq oyunları, istər seçmə oyunları, istər Amerika Kuboku, istər dünya çempionatı...

Heç düşünməzdim ki, bu qədər oyun oynayacağam. Hər zaman əlimdən gələni etməyə çalışmışam".

Digər Xəbərlər
Xəbər Lenti