Paşinyan Qarabağdan danışdı, gizli fəaliyyətlə bağlı suala əsəbiləşdi

3 May 14:50 Hadisə 328
Paşinyan Qarabağdan danışdı, gizli fəaliyyətlə bağlı suala əsəbiləşdi

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan parlament iclasında Ermənistan-Azərbaycan sərhədində sərhəd postlarının lazımi səviyyədə təchiz olunmaması ilə bağlı sualdan sonra əsəbiləşib.

Sportinfo.az xəbər verir ki, müstəqil millət vəkili Taqui Tovmasyanın ünvanladığı suala cavabında Paşinyan sərhəd bölgələrinin lazımi şəkildə təchiz olunduğunu, lakin bu işlərin gizli şəkildə aparıldığını bildirib.

Bundan əlavə, Paşinyan verilən suala əsəbiləşərək bu cür müzakirələrin açıq aparılmamalı olduğunu deyib.

“Bəlkə də düzgün deyirlər ki, Əliyevin kəşfiyyata pul xərcləməsinə ehtiyac yoxdur, biz ona hər şeyi deyirik. Bir az daha çox koordinatlar göstərməyə başlayın: burada yaxşı səngərlər var, amma orada heç səngər yoxdur, əlverişli dəhliz var. Ümumiyyətlə başa düşürük, nə edirik?”, - deyə Paşinyan səs tonunu yüksəldərək bildirib.

Buna cavab olaraq Tovmasyan, mövqelərin bir-birindən bir neçə metr məsafədə yerləşdiyini, səngərlərin vəziyyətini və hətta əsgərlərin geyim formasını düşmənin açıq şəkildə gördüyünü qeyd edib.

Paşinyan isə cavabında etiraz edərək “əgər sərhəd gözlə görünsə, deməli, bu, pis sərhəddir. Orada elan edilməyən, sizə və ya düşmənə görünməyən iş gedir”,- deyə vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti