Nuriyevin komandasına azarkeşlərlə oynamaq icazəsi verildi

15 Aprel 2021 10:20 Hadisə 461
Nuriyevin komandasına azarkeşlərlə oynamaq icazəsi verildi

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi "Minay"ın "Desna" ilə Premyer Liqanın XXII turunun ev oyunu azarkeşlərlə keçirəcək.

Sportinfo.az xəbər verir ki, matçın oynanılacağı "Avanqard" stadionunda ümumi azarkeş tutumunun (12 000) 50 faizi qədər tamaşaçının iştirakına icazə verilib.

Qarşılaşma aprelin 17-də gerçəkləşəcək.

"Minay" hazırda ölkə çempionatında doğma meydandakı matçlarına azarkeş buraxılan yeganə komandadadır.

Daha əvvəl bəzi klubların ev oyunlarında tamaşaçılar iştirak etsə də, sonradan koronavirusa yoluxma sayının artması səbəbindən onların stadiona girişinə qadağa qoyulub.

Hazırda 15 xalla 14 komanda arasında sonuncu olan "Minay" klubunda Nuriyevlə yanaşı, digər azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!