Şəhid polkovnik-leytenant Bakıda dəfn edildi - VİDEO

2 Mart 2021 10:50 Hadisə 508
Şəhid polkovnik-leytenant Bakıda dəfn edildi - VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Sportinfo.az xəbər verir ki, Y.Sadıqov Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və generalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu