Polis yolda qalan sürücülərə kömək etdi - VİDEO

24 Fevral 2021 12:50 Hadisə 535
Polis yolda qalan sürücülərə kömək etdi - VİDEO

Respublika ərazisinə yağan güclü qar avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Sportinfo.az xəbər verir ki, qarın yağması ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir.

Bu cür hava şəraitində Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları sürücülərin köməyinə çatıb.

Belə hadisələrdən biri İsmayıllı-Qəbələ-Şəki yolunun 56-cı km-də baş verib. Yolda köməksiz vəziyyətdə qalan sürücülərin köməyinə yol polisləri gəlib.

Onlar köməksiz vəziyyətdə qalan avtomobil sürücülərinə kömək göstəriblər.

Digər Xəbərlər
Xəbər Lenti