Azərbaycandan söz-söhbətlə ayrıldı, Kiprdə ilk qolunu vurdu və cəzalandırıldı - VİDEO+FOTOLAR

22 Fevral 2021 20:40 Hadisə 1 016
Azərbaycandan söz-söhbətlə ayrıldı, Kiprdə ilk qolunu vurdu və cəzalandırıldı - VİDEO+FOTOLAR

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Qerye Kipr çempionatındakı debüt matçında qol vurub.

Sportinfo.az xəbər verir ki, haitili sol cinah müdafiəçisi XXVI turun “Apollon” – “Enosis” görüşündə (2:1) meydana 67-ci dəqiqədə daxil olub.

Qış fasiləsində Azərbaycanı Kiprə dəyişmiş futbolçu bundan iki dəqiqə sonra künc zərbəsindən ötürməni başla qola çevirməklə “Enosis”in qapıçısını məyus edib. Həmçinin Qerye bu qoldan iki dəqiqə sonra ilk sarı vərəqəsini də alıb.

“Apollon” klubunda “Qəbələ” və “Neftçi”nin sabiq hücumçusu Baqaliy Dabo da çıxış edir. Fransalı futbolçu bu matçın 84-cü dəqiqəsində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM